Qrossi son vəziyyəti açıqladı: İran nüvə obyektlərini bərpa edir?
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) 2025-ci ilin iyun ayından etibarən İranın zədələnmiş nüvə obyektlərini hər hansı şəkildə bərpa etməyə cəhd göstərdiyini aşkar etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə AEBA-nın rəhbəri Rafael Qrossi İranın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı məlumat verib.
“2025-ci ilin iyun ayından etibarən 2025 və 2026-cı illərdəki hücumlar nəticəsində zədələnmiş obyektləri təmir etmək və ya yenidən qurmaq məqsədilə hər hansı fəaliyyət aşkar etməmişik”, – deyə o bildirib.
Qrossi əlavə edib ki, AEBA İran ərazisində yoxlamalar aparmasa da, təşkilat Tehranla texniki səviyyədə danışıqları davam etdirir.
Aysel Mətləb