“Fənərbaxça” Kartalla yollarını ayırdı
Türkiyənin “Fənərbaxça” klubu baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb.
TodayPress TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, ayrılıq qərarı komandanın “Qalatasaray”ya 2:1 hesabı ilə məğlub olduğu derbidən sonra verilib.
Məlumata görə, təcrübəli mütəxəssis istefasını klub rəhbərliyinə təqdim edib. Prezident Əziz Yıldırımın rəhbərliyi ilə keçirilən görüşdən sonra onun istefası qəbul olunub.
Beləliklə, müxtəlif dövrlərdə “Fənərbaxça”nı çalışdırmış İsmayıl Kartalın klubdakı növbəti fəaliyyəti də başa çatıb.
Kübra Musayeva