Ərdoğan Makronla telefon danışığı apardı - Nələr müzakirə olundu?

Ərdoğan Makronla telefon danışığı apardı - Nələr müzakirə olundu?
27.10.2026 22:22 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Türkiyə-Fransa ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

BMT-nin yeni baş katibinin müəyyənləşdirilməsi prosesi də müzakirə edilib. Ərdoğan yeni baş katibin BMT-ni yenidən çoxtərəfliliyin mərkəzinə çevirə biləcək, zəruri islahatları səmərəli şəkildə həyata keçirə biləcək baxış və təcrübəyə malik olmasının vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti, həmçinin Makronu Türkiyədə keçiriləcək COP31 Liderlər Sammitinə dəvət edib.

Makron isə Ərdoğanı Türkiyənin Respublika Günü münasibətilə təbrik edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər