Türkiyədə Azərbaycana qarşı paylaşımlara görə 3 nəfər saxlanıldı

Türkiyədə Azərbaycana qarşı paylaşımlara görə 3 nəfər saxlanıldı
27.10.2026 22:58 Dünya

Sosial media paylaşımlarına görə Türkiyədə üç nəfər barəsində hüquqi tədbirlər görülüb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, “Köklü Değişim Medya”nın Hatay təmsilçisi Ahmet Sapa saxlanılıb, İstanbul təmsilçisi Muhammed Emin Yıldırım isə saxlanıldıqdan sonra sərbəst buraxılıb. Fəal Fatih Erşahin isə ifadə vermək üçün Ankara Polis İdarəsinə çağırılıb.

“Köklü Değişim Medya”nın İstanbul təmsilçisi Muhammed Emin Yıldırım oktyabrın 26-da axşam saatlarında sosial media paylaşımlarına görə saxlanılıb, oktyabrın 27-də ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, bu şəxslər Azərbaycanla bağlı sosial şəbəkə paylaşımlarına görə saxlanılıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər