Venesuelanın nefti ABŞ-yə axacaq - Tramp AÇIQLADI

Venesuelanın nefti ABŞ-yə axacaq - Tramp AÇIQLADI
27.10.2026 22:12 Dünya

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə dünya tarixinin ən böyük neft sövdələşməsinin həyata keçiriləcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

ABŞ liderinin sözlərinə görə, Texas ştatının Korpus-Kristi şəhərində keçiriləcək kütləvi tədbir zamanı ABŞ uğurlu hərbi əməliyyat nəticəsində Venesueladan bir milyon barel neft əldə edəcək.

Tramp bildirib ki, bu, gələcəkdə həyata keçiriləcək daha böyük neft tədarükünün başlanğıcıdır.

“Venesuela ilə bərpa etdiyimiz münasibətlər sayəsində neft ABŞ-yə amerikalı vergiödəyicilərinə heç bir xərc yaratmadan çatdırılır. Bu, gələcəkdə tədarük ediləcək milyardlarla barel neftin yalnız ilk hissəsidir”, – deyə o vurğulayıb.

ABŞ Prezidenti qarşıdakı dövrdə Venesuela ilə dünya tarixinin ən böyük neft sövdələşməsinin reallaşacağını iddia edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər