Mask Ukraynaya qoyulan məhdudiyyətin səbəbini açıqladı

Mask Ukraynaya qoyulan məhdudiyyətin səbəbini açıqladı
27.10.2026 23:30 Dünya

Amerikalı milyarder İlon Mask Ukrayna Silahlı Qüvvələrinin “Starlink” peyk internet sistemindən istifadəsinə qoyulan məhdudiyyətlərin səbəbini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Mask bu qərarın əsas səbəblərindən birinin Rusiyanın “Starlink” peyklərini vurması ehtimalı ilə bağlı narahatlıq olduğunu bildirib.

“SpaceX” rəhbərinin sözlərinə görə, “Starlink” mülki sistem olaraq qalmalıdır. Ondan hərbi infrastrukturun fəaliyyətini təmin etmək üçün istifadə oluna bilər. Lakin sistemi birbaşa hücum əməliyyatlarında istifadə etmək olmaz. Çünki bu halda “Starlink” peykləri cavab zərbələri üçün qanuni hədəfə çevrilə bilər.

Mask xəbərdarlıq edib ki, Rusiya peykləri məhv etməyə başlayarsa, bu, kosmosda ciddi fəsadlara səbəb ola bilər.

“Əgər qarşı tərəf ‘Starlink’ peyklərini məhv etməyə başlasa, bu, zəncirvari dağıntılara və nəhəng kosmik tullantı buludunun yaranmasına gətirib çıxaracaq. Nəticədə kosmosdan istifadə mümkünsüz hala düşə bilər”, – deyə o vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər