Azərbaycan güləş millisi dünya çempionatını ikinci sırada başa vurdu

Azərbaycan güləş millisi dünya çempionatını ikinci sırada başa vurdu
27.10.2026 19:34 İdman

Azərbaycanın yunan-Roma güləşçiləri Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatını ikinci sırada başa vurublar.

TodayPress TV xəbər verir ki, Azərbaycan millisi komanda hesabında 104 xal toplayaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

İran millisi 192 xalla birinci, Özbəkistan isə 80 xalla üçüncü olub.

Xatırladaq ki, yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər