İranın balaca qardaşı Tacikistan da hicabı qadağan etdi - Daşdan səs çıxmadı
Qazaxıstanda bəzi islami sözlərin milliləşdirilməsi, Özbəkistanda universitetdə qızların hicabla dərsə daxil olmasına qadağa qoyulması, Tacikistanda isə islami (ərəb mənşəli) adların qoyulmasına məhdudiyyətlərin tətbiqi ilə bağlı müzakirələr gündəmə gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə sosial şəbəkənin “Facebook” platformasında paylaşım edilib.
Paylaşımda qeyd olunur ki, Tacikistanda ərəb mənşəli adların qoyulması rəsmi səviyyədə tövsiyə edilmir. Bundan əlavə, geyim qaydaları, saqqal saxlamaq, dini bayramların qeyd edilməsi və digər dini məsələlərə ciddi nəzarət olunur.
Müəllif bu məhdudiyyətlərin səbəbini izah edərkən Mərkəzi Asiyanın coğrafi mövqeyinə diqqət çəkib. Bildirilib ki, Türküstan bölgəsi sərt dini rejimlərlə həmsərhəddir. Paylaşımda İranın dini rejim ixracını qarşısına məqsəd qoyduğu, Əfqanıstandakı dini qruplaşmaların isə diqqətlərini şimala yönəltdikləri iddia olunur.
Müəllifin fikrincə, həmin qruplaşmalar arasında ən təhlükəlisi və qayda tanımayanı “Vilayət Xorasan” təşkilatıdır.
Paylaşımda 2022-ci ilin martında “Crocus City Hall” konsert zalına edilən silahlı hücum da xatırladılıb. İddia olunur ki, hücumda iştirak edənlərin əksəriyyəti Tacikistan və Qırğızıstan vətəndaşları olub.
Qeyd edək ki, paylaşımda səsləndirilən fikirlər müəllifin mövqeyidir və qeyd olunan iddialar ayrıca rəsmi mənbələrlə təsdiqlənməlidir.
Zəhra Məmmədova