İrandan sinsi plan: Hörmüzdəki dumanı Zəngəzura daşımağa başlayırlar

İrandan sinsi plan: Hörmüzdəki dumanı Zəngəzura daşımağa başlayırlar
18.06.2026 08:57 Dünya

İranda bəzi siyasi və ekspert dairələri Cənubi Qafqazda nəqliyyat marşrutlarının gələcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər.

TodayPress TV xəbər verir ki, Beynəlxalq Münasibətlər üzrə Fəlsəfə Doktoru Ehsan Movahediyan bu barədə açıqlama verib.

Səsləndirilən fikirlərə görə, regionda yeni nəqliyyat dəhlizlərinin yaradılması İranın geosiyasi və iqtisadi maraqlarına təsir göstərə bilər.

Bu çərçivədə Zəngəzur dəhlizi layihəsinin İranın tranzit imkanları, Şimal-Cənub nəqliyyat marşrutu və regional təhlükəsizlik balansına mümkün təsirləri müzakirə olunur.

Onun sözlərinə görə, İran regionda baş verən geosiyasi prosesləri diqqətlə izləməli və öz maraqlarını qorumaq üçün diplomatik fəaliyyətini gücləndirməlidir.

Fəlsəfə doktorunun fikrincə, Cənubi Qafqazda formalaşa biləcək yeni nəqliyyat və logistika marşrutları yalnız regional ölkələrə deyil, həmçinin Rusiya və Çinin maraqlarına da təsir göstərə bilər.

Qeyd edək ki, Zəngəzur dəhlizi məsələsi region ölkələri arasında müzakirə mövzusu olaraq qalır və tərəflər layihənin mahiyyəti, hüquqi statusu və gələcək perspektivləri ilə bağlı fərqli mövqelər sərgiləyirlər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər