İrana qarşı əməliyyat yenidən başlaya bilər? - müdafiə naziri açıqladı
İsrail müdafiə naziri İsrael Katz İrana qarşı əməliyyatın tezliklə yenidən başlamasına icazə verib.
TodayPress TV xəbər verir ki, bu barədə o, İsrail Müdafiə Qüvvələrinin həlak olan əsgərlərinin xatirə mərasimində danışıb.
"Biz kampaniyanın məqsədlərini İranın artıq İsrail və ABŞ üçün mövcudluq təhlükəsi yaratmamasını təmin edəcək şəkildə tamamlamalıyıq", - deyə o bildirib.