İran göylərə meydan oxumağa hazırlaşır: Milli qırıcı üçün tarix açıqlandı
İran 2027-ci ildə öz istehsalı olan ağır qırıcı təyyarənin uçuş sınaqlarını keçirməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə İslam Respublikasının yeni müdafiə naziri Mehrdad Əxlaqi açıqlama verib.
"Ümid edirəm ki, İran İslam Respublikasının ağır qırıcı təyyarəsi gələn il havaya qalxacaq", – deyə nazir bildirib.
Əxlaqinin sözlərinə görə, cari ildə təyyarənin yerdə hərəkət və taksi sınaqlarının keçirilməsi planlaşdırılır. O, qırıcının tamamilə İranda istehsal olunduğunu vurğulayıb.
Aysel Mətləb