İran ətrafındakı gərginlik Avropanı dərmansız qoya bilər? - Qəzet açıqladı
İran ətrafında yaranmış gərginlik və bununla bağlı Hörmüz boğazının blokadaya alınması Avropanı dərman çatışmazlığı riski ilə üz-üzə qoya bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "La Tribune" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Avropa əczaçılıq sənayesi üçün lazım olan maddələrin tədarükündə 80% nisbətində Çin və Hindistandan asılıdır. Lakin həmin ölkələrdə də neft və qazın qiyməti səbəbindən sektor qeyri-sabitliklə üzləşib. Eyni zamanda, Yaxın Şərq və Asiyada aviasiya marşrutlarının ləngiməsi tədarük zəncirlərini pozub.
Aysel Mətləb