İndoneziyada qayıq batdı

Dünya

27.12.2025 14:37

İndoneziyada turist qayığının aşması nəticəsində dörd nəfərlik ispan ailəsi itkin düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "Antara" dövlət xəbər agentliyi məlumat yayıb.

Hadisə Labuan Bajo kurortu yaxınlığında, Padar boğazında baş verib. Qəza zamanı 11 nəfəri daşıyan qayıq güclü dalğalar səbəbindən çevrilib. İki ispan turist, dörd heyət üzvü və bir bələdçi olmaqla ümumilikdə yeddi nəfər xilas edilib.

Labuan Bajo liman rəhbərliyi qəzanın üç metrə çatan dalğalarla əlaqəli olduğunu bildirib.

Təhlükəsizlik səbəbilə Padar adası turistlər üçün bağlanıb. Qeyd olunur ki, çoxsaylı adalardan ibarət olan İndoneziyada dəniz qəzaları tez-tez qeydə alınır və buna əsasən təhlükəsizlik qaydalarına əməl olunmaması və əlverişsiz hava şəraiti səbəb olur.

Türkan İsgəndərli

TodayPress TV

tag: İndoneziya,Qayıq,Turist,İtkin,Todaypress.tv,