İDDİA! Tramp “Azadlıq” layihəsini aktivləşdirəcək

İDDİA! Tramp “Azadlıq” layihəsini aktivləşdirəcək
14.05.2026 14:12 Dünya

ABŞ prezidenti Donald Trampın Çin səfərindən qayıtdıqdan sonra İranla bağlı nəzərdən keçirdiyi əsas variantlardan biri Hörmüz boğazında “Azadlıq” layihəsinin yenidən aktivləşdirilməsidir.

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Sözügedən layihə regionda dəniz təhlükəsizliyinin gücləndirilməsi və enerji marşrutlarının qorunmasına yönəlmiş təşəbbüslərdən biri hesab olunur.

Qeyd edilir ki, Ağ Evdə İranla bağlı yeni strategiya üzrə müzakirələr davam edir və Hörmüz boğazı ətrafında mümkün addımlar Vaşinqtonun prioritet gündəmlərindən biri kimi qiymətləndirilir.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər