Husilərin raket istehsal edilən zavodları məhv edildi

Husilərin raket istehsal edilən zavodları məhv edildi
10.11.2026 02:25 Dünya

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə husi üsyançılarına məxsus bir neçə ballistik raket istehsalı müəssisəsini məhv edib.

TodayPress TV xəbər verir ki, bu barədə alyansın sözçüsü Turki əl-Maliki deyib.

"Ballistik raket yığımı və komponentlərinin istehsalı müəssisəsi məhv edilib. Eyni zamanda ballistik raketlər üçün quru yanacağı qarışdırmaq və istehsal etmək üçün kimya zavodu da hədəf alınıb. Həmçinin elektron sistemlərin yığılması üçün olan emalatxana da vurulub”, - deyə Maliki bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər