Husilər Amerikaya müraciət etdi: "Müharibə istəmirik"
ABŞ Prezidenti Donald Tramp yəmənli husilərin Vaşinqtonla əlaqə saxlayaraq ABŞ ilə müharibə etmək istəmədiklərini bildirdiklərini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə Dublində jurnalistlərə açıqlamasında danışıb.
ABŞ liderinin sözlərinə görə, husilər Vaşinqtonun onlara qarşı hərbi addımlar atmasını istəmədiklərini və Amerikanın münaqişəyə müdaxilə etməməsinə üstünlük verdiklərini bildiriblər.
Tramp həmçinin İranın Səudiyyə Ərəbistanının şərq və qərb hissələrini birləşdirən əsas neft kəmərinə edilən hücumda rolunun olub-olmaması ilə bağlı suala cavabında, "Ehtimal ki, məsuliyyət daşıyır", - deyə bildirib.
ABŞ Prezidenti İrandakı vəziyyətə də toxunaraq müharibənin yaxın vaxtlarda başa çatacağını bildirib. Onun sözlərinə görə, İranla bağlı qarşıdurma ABŞ-də noyabr ayında keçiriləcək aralıq seçkilərdən sonra sona çata bilər.
Tramp əlavə edib ki, müharibənin başa çatmasından sonra neft qiymətlərində kəskin ucuzlaşma müşahidə oluna bilər.