"Hörmüzü 7 günə açarıq, tək bir şərtlə..."
İran ABŞ-nin irəli sürülən şərtləri qəbul etməsi və hərbi təzyiqi azaltması halında Hörmüz boğazını bir həftə ərzində açmağa hazır olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bunu “Reuters”ə danışan adı açıqlanmayan yüksəkvəzifəli iranlı rəsmi deyib.
“ABŞ hərbi təzyiqi azaldarsa, İran Hörmüz boğazını yeddi gün ərzində aça bilər”, – mənbə bildirib.
Onun sözlərinə görə, ABŞ, həmçinin İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmalıdır.
Qiymət Mahir