Hörmüz boğazına ehtiyac qalmayacaq: Yeni neft kəməri tikilir
Dünya
15.05.2026 13:13
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazından yan keçən yeni neft boru kəmərinin tikintisini sürətləndirir.
TodayPress TV xəbər verir ki, bu barədə hökumətin media ofisi rəsmi açıqlama yayıb.
BƏƏ neft ixrac gücünü ikiqat artırmaq məqsədilə Hörmüz boğazından yan keçən yeni boru kəmərinin tikintisini sürətləndirir.
Mənbələrə görə, layihə çərçivəsində ölkənin gündəlik neft ixrac həcmini hazırkı 1,5 milyon bareldən 3 milyon barelə qədər artırmaq planlaşdırılır. Yeni boru kəmərinin 2027-ci ildə istismara verilməsi hədəflənir.
Bu addım BƏƏ-nin strateji neft ixrac marşrutlarını diversifikasiya etmək və regional gərginliklər zamanı mümkün risklərdən qorunmaq səylərinin bir hissəsi kimi qiymətləndirilir. Hörmüz boğazı vasitəsilə daşınan neft həcminin azaldılması ölkəyə qlobal enerji bazarlarında daha böyük çeviklik təmin edəcək.
Layihənin detalları və investisiya həcmi barədə əlavə məlumatlar yaxın vaxtlarda açıqlanması gözlənilir.
Jalə Rövşən
tag: BƏƏ,Hörmüz , Boru kəməri,Tikinti ,Todaypress.tv,
