İsrailli alimlər aşkar ediblər ki, həşəratlar bitkilərin yaydığı “stress” səslərini hiss edə və buna görə yumurta qoyma yerlərini seçə bilirlər.
TodayPress TV "Gzeta.ru"ya istinadən xəbər verir ki, "eLife" jurnalında dərc olunan araşdırmaya görə, dişi Misir pambıq güvələri stress keçirən bitkilərdən qaçırlar.
Bitkilər quraqlıq və ya digər əlverişsiz şəraitə məruz qaldıqda 20-60 kHz diapazonunda ultrasəs klikləri yayır. Tədqiqat zamanı dişi güvələr yalnız bu səsləri eşidərək stressli bitkilərdən uzaqlaşır və sağlam bitkilərə üstünlük verirlər. Əgər güvələr müvəqqəti olaraq kar olarsa, bu davranış müşahidə olunmur.
Alimlərin fikrincə, həşəratlar səsləri vizual və kimyəvi siqnallarla birləşdirərək gələcək nəsillərinin qorunmasını təmin edən qərarlar qəbul edirlər. Bu kəşf kənd təsərrüfatında zərərvericilərlə mübarizədə kimyəvi maddələrdən istifadə etmədən təbii metodlardan yararlanmaq imkanlarını göstərə bilər.
Jalə Rövşən
