HƏMAS-ı maliyyələşdirməkdə şübhəli bilinənlər həbs olundu

HƏMAS-ı maliyyələşdirməkdə şübhəli bilinənlər həbs olundu
27.12.2025 14:51 Dünya

İtaliyada Fələstin radikal hərəkatı HƏMAS-ı maliyyələşdirməkdə şübhəli bilinən doqquz nəfər həbs edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "ANSA" xəbər agentliyi məlumat yayıb.

Əməliyyat Guardia di Finanza və xüsusi polis bölməsinin birgə iştirakı ilə həyata keçirilib. Həbs olunanlar arasında İtaliyadakı Fələstinlilər Assosiasiyasının prezidenti Məhəmməd Hannun da var. Hannun xaricdəki HƏMAS hücrəsinin üzvü və İtaliyadakı nümayəndəlik ofisinin liderlərindən biri hesab olunur.

Saxlanılan şəxslər terror fəaliyyətlərini maliyyələşdirməkdə ittiham olunurlar. Agentliyin məlumatına görə, müxtəlif birliklər vasitəsilə onlardan HƏMAS-a təxminən 7 milyon avro köçürülüb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər