Gürcüstanda ağır avtoqəza - 7 azərbaycanlı öldü
Gürcüstanın əsasən azərbaycanlıların məskunlaşdığı Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, hadisə bu gün rayonun Birlik kəndində qeydə alınıb
Məlumata görə, yüksək sürətlə hərəkət edən "BMW" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 7 nəfər ölüb, daha 1 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi istintaqa başlayıb.
Qəzada həyatını itirənlərin Yormuğanlı (Qaraçöp) bölgəsindən olan şəxslər olduğu iddia edilir.