"Gizlənə biləcəyini düşünürdü..." – İŞİD-in 2 nömrəli adamı belə məhv edildi!

Dünya

16.05.2026 09:25

"ABŞ və Nigeriya silahlı qüvvələri birgə əməliyyat zamanı İŞİD-in qlobal rəhbərlərindən birini zərərsizləşdiriblər".

TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, əməliyyat ABŞ ordusu və Nigeriya Silahlı Qüvvələri tərəfindən “dəqiq planlaşdırılmış və mürəkkəb missiya” çərçivəsində həyata keçirilib.

Tramp bildirib ki, məhv edilən şəxs “Əbu-Bilal əl-Minuki” olub və o, İŞİD-in qlobal rəhbərliyində ikinci şəxs hesab edilirdi. ABŞ Prezidenti qeyd edib ki, terrorçu Afrikada gizləndiyini düşünsə də, Vaşinqtonun onun fəaliyyəti barədə məlumat verən mənbələri olub.

“Artıq o, Afrika xalqlarını terror edə və amerikalılara qarşı əməliyyatların planlaşdırılmasına kömək göstərə bilməyəcək”, — deyə Tramp vurğulayıb.

ABŞ lideri əlavə edib ki, onun zərərsizləşdirilməsi ilə İŞİD-in qlobal fəaliyyəti ciddi şəkildə zəiflədilib.

Tramp əməliyyatda əməkdaşlığa görə Nigeriya hökumətinə təşəkkür edib.

Qiymət Mahir

tag: ABŞ ,Nigeriya ,İŞİD,Afrika ,TodayPress TV,