FT: Ukraynanın 2027-ci ildə Aİ-yə üzvlüyü prosedurları poza bilər
Dünya
13.12.2025 12:00
Ukraynanın 2027-ci ildə Avropa İttifaqına (Aİ) üzv olması blokun mövcud qəbul prosedurlarının pozulmasına səbəb ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb.
Nəşrin məlumatına görə, ukraynalı və avropalı rəsmilər tərəfindən hazırlanaraq bu həftə Vaşinqtona göndərilən yenilənmiş sülh təklifi Ukraynanın artıq 2027-ci ildə Aİ-yə qəbulunu nəzərdə tutur. Qəzet vurğulayır ki, bu, sürətləndirilmiş qrafikdir və Avropa İttifaqına üzvlük üçün müəyyən olunmuş mövcud prosedurlara ziddir.
Eyni zamanda İtaliyanın “Corriere della Sera” qəzeti yazıb ki, Ukraynanın sülh nizamlanmasının tərkib hissəsi kimi Aİ-yə üzvlük tarixi kimi 1 yanvar 2027-ci ili göstərdiyi təklif Avropa rəsmiləri tərəfindən dəstəklənməyib.
Məlumata görə, Kiyev prosesin sürətləndirilməsi naminə kənd təsərrüfatı subsidiyaları kimi bəzi iqtisadi üstünlüklərdən imtina etməyə hazırdır.
Qiymət Mahir
tag: Ukrayna,Aİ,Üzvlük,Prosedur,Todaypress.tv,
