Fransa hökuməti ittiham olundu - Səbəb nədir?

Fransa hökuməti ittiham olundu - Səbəb nədir?
17.06.2026 21:30 Dünya

"Human Rights Watch", "(RE) Claim" və "Maison communautaire pour un développement solidaire" (MCDS) hüquq-müdafiə təşkilatlarının iddiasına görə, Fransa polisi ərəb və Afrika mənşəli gənclərə qarşı ayrı-seçkilik məqsədilə ictimai asayişin xırda pozuntularına görə mütəmadi olaraq cərimələr tətbiq edir.

TodayPress TV xəbər verir ki, bu barədə iyunun 17-si dərc edilmiş "Polis təqiblərinin bədəli" (Paying the Price of Police Harassment) adlı məruzədə bildirilib.

Tədqiqat 2025–2026-cı illərdə Paris və onun ətraf ərazilərində götürülmüş 42 müsahibəyə əsaslanır. Müəlliflər iddia edirlər ki, polis müntəzəm olaraq "sehrli trio" adlandırılan – ictimai yerlərdə səs-küy, zibil və adətən "çirkləndirici mayelərin icazəsiz atılması"na görə cərimələr yazır.

"Polis gənc afrikalılar və ərəbləri hədəfə alaraq cərimələmək hüququndan sui-istifadə edir, bu da ayrı-seçkiliyin bir nümunəsidir", - deyə məruzədə qeyd olunur.

Müəlliflər iddia edirlər ki, cərimələr onsuz da tez-tez sənədlərin yoxlanılması, axtarışlar və polis tərəfindən saxlanılmalarla üzləşən gənclərə qarşı əlavə təzyiq alətinə çevrilib.

Hüquq müdafiəçiləri həmçinin bildirirlər ki, mövcud sistem polis əməkdaşlarına məhkəmə nəzarəti olmadan hüquqpozma faktını müstəqil şəkildə müəyyən etməyə imkan verir.

Parisdə sistematik sui-istifadələrlə bağlı ittihamları rədd edirlər. Məruzədə qeyd edilib ki, Fransanın daxili işlər naziri Loran Nunyes cərimələnmiş vətəndaşların şikayət etmək hüququnun olduğunu və sistemin "gündəlik təhlükəsizliyin təmin edilməsi üçün əvəzolunmaz alət" olaraq qaldığını bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər