Fon der Lyayen: "Tramp Aİ demokratiyasına müdaxilə etməməlidir"

Dünya

12.12.2025 13:15

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı (Aİ) ölkələrinin demokratik proseslərinə müdaxilə etməməli olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə "Politico"ya açıqlama verib.

"Seçkilərə gəldikdə, ölkəyə kimin rəhbərlik edəcəyinə biz yox, xalq qərar verir. Bu, seçicilərin suverenliyidir və o qorunmalıdır. Başqa heç kim müdaxilə etməməlidir", - deyə Avropa Komissiyasının sədri qeyd edib.

O, həmçinin bildirib ki, ABŞ prezidentləri ilə həmişə çox yaxşı işgüzar münasibətləri olub və bu münasibətlər bu günə qədər davam edir.

Xatırladaq ki, Tramp daha əvvəl "Politico"ya verdiyi müsahibəsində hazırkı Avropa siyasətçilərinin "yaxşı iş görmədiklərinə" inanır və gələcəkdə daha uyğun hesab etdiyi siyasətçiləri dəstəkləyəcəyini bildirib. Müsahibədə Tramp, həmçinin Avropa ölkələrinin immiqrasiya siyasətini yenidən tənqid edib. Onun sözlərinə görə, bu siyasət gələcəkdə bu ölkələrin çoxunu "qeyri-sabit dövlətlər"ə çevirəcək.

Aysel Mətləb

TodayPress TV

tag: Ursula fon der Lyayen,Avropa Komissiyası,Tramp,Aİ,Todaypress.tv,