Finlandiyada yeni qızıl ehtiyatları aşkar edildi
Dünya
15.05.2026 18:55
Finlandiyanın “Endomines” mədən şirkəti ölkənin şərqində, Rusiya sərhədi yaxınlığında yerləşən İlomantsi bölgəsində əhəmiyyətli qızıl ehtiyatları aşkar edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Yle” qəzeti məlumat yayıb.
Şirkətin texniki direktoru Jani Rautio yatağın xüsusiyyətlərini qeyd edərək bildirib ki, burada qızıl dəmirlə qarışıq formada rast gəlinir. Onun sözlərinə görə, Avstraliya və Kanadada oxşar yataqlar mövcud olsa da, Finlandiya üçün bu, ilk belə haldır.
Məlumata əsasən, Ukkolanvaara ərazisində 2026-cı ilə qədər artıq 52 quyu qazılıb. Ərazi hazırda Endomines şirkəti üçün əsas kəşfiyyat zonası kimi qiymətləndirilir və ehtiyatların dəqiq hesablanması prosesi davam edir.
Şirkət 2030-cu ildə İlomantsi bölgəsində qızıl hasilatına başlamağı planlaşdırır.
Türkan İsgəndərli
tag: Finlandiya,Qızıl,Yataq,Mineral,Todaypress.tv,
