Finlandiya Şərqi Avropanın müdafiə sammitinə ev sahibliyi edəcək

Finlandiya Şərqi Avropanın müdafiə sammitinə ev sahibliyi edəcək
24.10.2025 10:44 Dünya

Finlandiyada dekabrın 16-da Şərqi Avropa ölkələrinin müdafiə əməkdaşlığına həsr olunan yüksək səviyyəli sammit keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Petteri Orponun Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammitindən sonra açıqlama verib.

Görüşdə Baltik ölkələri, Polşa, Rumıniya və Bolqarıstan iştirak edəcək.

Sammitin məqsədi şərq sərhədlərində yerləşən ölkələrin müdafiə qabiliyyətini gücləndirmək üçün konkret əməkdaşlıq mexanizmləri yaratmaq və onların maliyyələşdirilməsinin gələcəkdə Aİ-nin çoxillik maliyyə proqramı çərçivəsində necə təmin ediləcəyini müzakirə etməkdir.

Tədbirin Helsinkidə keçirilməsi planlaşdırılır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər