Ermənistanın ən cinayətkar adamı: Azərbaycan və ölkəsini yağmalayaraq milyonçu, sonra prezident oldu

Ermənistanın ən cinayətkar adamı: Azərbaycan və ölkəsini yağmalayaraq milyonçu, sonra prezident oldu
18.06.2026 11:20 Dünya

Ermənistanın sabiq prezidenti Robert Köçəryan və ailəsinin malik olduğu sərvət və aktivlər yenidən ictimai müzakirələrə səbəb olub.

TodayPress TV xəbər verir ki, "Skeptic Armenian"ın yaydığı məlumata görə, 1997-ci ildə Levon Ter-Petrosyan tərəfindən baş nazir postuna gətirilən Köçəryan sonra ölkənin prezidenti kürsüsünə oturub.

Hakimiyyətdə olduğu illərdə o və ailəsi böyük sərvət yığmağı bacarıb. Belə ki, Köçəryanın zənginliyinin əsas mənbəyinin korrupsiya və talan olduğu iddia edilir. Onun dövründə Ermənistan dövlət əmlakı, xarici yardımlar və müharibə dövründə ələ keçirilən Azərbaycan torpaqlarının resursları sistemli şəkildə mənimsənilib. 

Köçəryan və tərəfdarları isə müxtəlif dövrlərdə bu ittihamları rədd edərək fəaliyyətlərinin qanunvericiliyə uyğun olduğunu bildiriblər.

Qeyd edək ki, Ermənistanın daxili siyasətində korrupsiya və keçmiş hakimiyyət nümayəndələrinin maliyyə fəaliyyəti ilə bağlı müzakirələr son illərdə də gündəmdə qalmaqdadır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər