Ermənistan 44 günlük müharibədə itkilərini açıqladı

Dünya

15.05.2026 22:20

44 günlük müharibə nəticəsində Ermənistan tərəfindən 3833 nəfər həlak olub.

TodayPress TV xəbər verir ki, bunu mayın 15-də Armavirdə keçirilən mitinqdə hakim Vətəndaş Müqaviləsi Partiyasının proporsional namizədlər siyahısında olan Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib.

"Bunlar təsdiqlənmiş rəqəmlərdir", - deyə o qeyd edib.

O, həmçinin itkin düşənlərin təxmini sayının 160 nəfər olduğunu bildirib.

Simonyan müxalifəti ölənlərin sayını süni şəkildə şişirtməkdə ittiham edib.

TodayPress TV

tag: Ermənistan,Azərbaycan,Qarabağ,Sülh,Todaypress.tv,