Erməni əsgər intihar etdi, iki hərbçi həbs olundu
Oktyabrın 31-də güllə yarası ilə meyiti tapılan 19 yaşlı hərbi qulluqçu Tiqran Stepanyanın ölümünə görə Ermənistan ordusunun iki hərbçisi həbs olunub.
TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Hər iki hərbçi T.Stepanyanı “intihar həddinə çatdırmaq”da ittiham olunur.