Elmdə yeni mərhələ: Çinli alimlər heyvanları kütləvi şəkildə klonlaşdırdı

Dünya

16.05.2026 03:00

Çinin Şensi əyalətində yerləşən Şimal-Qərb Kənd və Meşə Təsərrüfatı Universitetinin alimləri ilk dəfə ev heyvanlarının uğurlu kütləvi klonlaşdırılmasını icra ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata əsasən, çinli mütəxəssislər keçi klonları əldə etməklə bu istiqamətdə mühüm elmi nailiyyətə imza atıblar. Alimlər cins fərdlər əsasında dörd erkək və iki dişi keçi balası əldə ediblər.

Bildirilib ki, tədqiqat qrupu yüksək keyfiyyətli somatik hüceyrələri dəqiqliklə ayırıb və bütün prosesi optimallaşdırıb ki, bu da nəticədə uğurlu seriyalı klonlaşdırmanı təmin etməyə imkan verib. Yeni texnologiyanın, yüksək məhsuldar keçi populyasiyasının yetişdirilməsi üçün adətən 8-10 il vaxt tələb edən ənənəvi seleksiya üsullarından qat-qat sürətli olduğu sübut edilib.

TodayPress TV

tag: Çin,Klon,Keçi,Heyvan,TodayPress TV,