Əlcəzair Prezidenti Türkiyədə - Ərdoğan həmkarını qarşıladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər çərçivəsində Türkiyəyə gələn Əlcəzair Prezidenti Əbdülməcid Tebbunu Esenboğa Hava Limanında qarşılayıb.
TodayPress TV xəbər verir ki, Prezident Ərdoğan həmkarı Tebbunu təyyarənin pilləkənləri önündə salamlayıb.

Hər iki ölkə başçısı mərasim meydanında yerlərini aldıqdan sonra Əbdülməcid Tebbun fəxri qarovul dəstəsini salamlayıb.
Daha sonra Prezident Ərdoğan və Tebbun hava limanında qısa müddətli görüş keçiriblər.
Aysel Mətləb