Əbu-Dabi görüşü ərəfəsində kritik təmas - Zelenski Stubbla nələri razılaşdırdı?

Əbu-Dabi görüşü ərəfəsində kritik təmas - Zelenski Stubbla nələri razılaşdırdı?
07.11.2026 23:42 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə keçiriləcək danışıqlar ərəfəsində səylərin əlaqələndirilməsi məsələsini Finlandiya Prezidenti Aleksandr Stubbla müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

“Əbu-Dabidə keçiriləcək görüş ərəfəsində səylərimizi əlaqələndiririk. Tərəfdaşlarımızla güclü ortaq mövqelərə ehtiyacımız var. Əsas prioritetimiz müharibənin başa çatdırılmasıdır”, – deyə o vurğulayıb.

Zelenskinin sözlərinə görə, təhlükəsizlik zəmanətləri real olmalı, Rusiya isə istənilən müharibənin onun üçün ağrılı nəticələrə səbəb olacağını anlamalıdır. O, həmçinin noyabrın 8-də Ukrayna nümayəndə heyəti ilə ətraflı hazırlıq görüşü keçirəcəyini bildirib.

Məlumat verildiyi kimi, ABŞ-nin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında işçi səviyyəsində danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək.

Aysel Mətləb

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər