Dünya enerji böhranı ilə üz-üzə: G7 və BEA hərəkətə keçdi
Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbərliyi strateji ehtiyatlardan neft və dizel yanacağının buraxılması təklifini müzakirə etmək üçün qeyri-rəsmi görüş keçirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) iki diplomatına istinadən "Reuters" məlumat yayıb.
"Görüş günün ikinci yarısına nəzərdə tutulub. Avropa İttifaqına üzv ölkələrin nümayəndələri oktyabrın 7-si səhər keçirilən görüşdə artıq bu təklifi müzakirə ediblər", - deyə agentliyin həmsöhbətləri bildiriblər.
Müzakirə G7 ölkələrinin qıtlığı yumşaltmaq və qiymətlərin artımını cilovlamaq üçün fövqəladə neft və neft məhsulları ehtiyatlarından istifadə etmək qərarı fonunda gedir.
Aysel Mətləb