“Kataloniyalıların zəif nöqtəsindən yararlana bilərlər” - “Sabah”a ümid

“Kataloniyalıların zəif nöqtəsindən yararlana bilərlər” - “Sabah”a ümid
25.11.2026 14:12 İdman

Rusiyalı futbol şərhçisi Konstantin Geniç UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək “Sabah” – “Barselona” oyunu ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, mütəxəssis Azərbaycan təmsilçisinin doğma meydanda Kataloniya klubuna qarşı böyükhesablı məğlubiyyətdən qaça biləcəyini düşünür.

Geniç Bakıda qarşılaşmaya böyük maraq olduğunu vurğulayıb. O, “Barselona”nın uzun səfərdən sonra meydana çıxacağını, həmçinin qarşıda “Deportivo” ilə vacib oyununun olduğunu xatırladıb. Şərhçinin fikrincə, kataloniyalılar futbolçuların zədələnməməsi üçün heyətdə rotasiyaya əl ata bilərlər. Bu isə “Sabah”ın şanslarını artıra bilər.

Geniç Azərbaycan klubunun indiyədək əsas mərhələdə üç məğlubiyyət aldığını, lakin Praqa “Slaviya”sı üzərində 2:0 hesablı ev qələbəsi qazandığını qeyd edib. O, “Vikinq”lə 1:4 hesablı məğlubiyyəti isə komanda üçün uğursuz nəticə kimi dəyərləndirib.

Şərhçi hesab edir ki, “Sabah”ın bu görüşdə əsas strategiyası müdafiədən oynamaq və əks-hücumlar qurmaq olmalıdır. Onun fikrincə, “Barselona”nın müdafiə xəttinin irəlidə yerləşməsindən istifadə edən Azərbaycan təmsilçisi qol vura və böyükhesablı məğlubiyyətdən qaça bilər.

Namiq HUN

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər