Oğurladığı pulla özünə “iPhone 18” aldı - TUTULDU
Paytaxtın Binəqədi rayonunda gecə saatlarında bir neçə avtomobilin şüşəsi sındırılıb. Avtomobillərdən ümumilikdə 2 min manata yaxın nağd pul və 400 manat dəyərində maqnitofon oğurlanıb.
TodayPress TV xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə oğurluqları törədən N.Teymurov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, N.Teymurov oğurladığı pulla ilkin ödəniş edərən özünə “iPhone 18” markalı mobil telefon alıb.
Araşdırmalar davam etdirilir.