AK Partinin sədr müavini istefa verdi

AK Partinin sədr müavini istefa verdi
25.11.2026 11:10 Dünya

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Hayati Yazıcı partiyadakı vəzifələrindən istefa verdiyini açıqlayıb.

TodayPress TV Türkiyə mediasına istinadla xəbər verir ki, Yazıcı 24 noyabr tarixində sosial media hesabında paylaşdığı yazılı bəyanatında partiyanın Mərkəzi İcraiyyə Komitəsinin (MYK) və Mərkəzi Qərar və İdarə Heyətinin (MKYK) üzvlüyündən ayrıldığını bildirib.

O, istefa qərarını oğlu Mustafa Yazıcı ilə bağlı gündəmə gələn iddialar və bu məsələnin sosial mediada müzakirə olunması fonunda qəbul etdiyini qeyd edib. Hayati Yazıcı oğlunun barəsində səsləndirilən iddiaları rədd edərək, onun haqqında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Yazıcı qərarının partiyaya mümkün zərərin qarşısını almaq və siyasi məsuliyyət prinsipindən irəli gəldiyini vurğulayıb. O, Türkiyə Prezidenti və AK Partinin sədri Rəcəb Tayyib Ərdoğana, eləcə də partiyadakı silahdaşlarına təşəkkür edib.

Hayati Yazıcı açıqlamasında vəzifədən ayrılmasının siyasi fəaliyyətindən və prinsiplərindən imtina etməsi anlamına gəlmədiyini də bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər