Ölkəmizdə 81 kişi məişət zorakılığına məruz qalıb
2026-cı ilin 10 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 499 müraciət daxil olub.
TodayPress TV xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Bahar Muradova 25 noyabr – Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə Beynəlxalq Mübarizə Günü münasibətilə keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müraciətlərin 395-i qadınların, 81-i kişilərin, 23-ü isə uşaqların zorakılığa məruz qalması ilə bağlı olub.
Bundan əlavə, 116-111 Qadın və Uşaq Dəstək Xəttinə daxil olan müraciətlərin 649-u məişət zorakılığı ilə əlaqəli olub.
Qiymət Mahir