Respublikaçılar İranda geri çəkilir? - dekabrın 11-i həlledici olacaq

Respublikaçılar İranda geri çəkilir? - dekabrın 11-i həlledici olacaq
25.11.2026 11:00 Dünya

ABŞ lideri Donald Tramp İranla müharibənin maliyyələşdirilməsinin yanvar ayına qədər təmin olunduğunu desə də, ABŞ Senatında onun öz partiyasından olan respublikaçılar belə hərbi əməliyyatların maliyyələşdirilməsinin dayandırılması variantını müzakirə etməyə başlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-ın “New York Post” nəşri məlumat yayıb.

Tramp nəşrə açıqlamasında demokratların maliyyələşdirməni dayandırmaqla əldə olunan hərbi uğuru siyasi məğlubiyyətə çevirəcəklərini iddia edib.

“Mən bilmirəm, onlar bunu siyasi baxımdan necə edə bilərlər. Çünki biz qələbə qazanmışıq”, - deyə ABŞ prezidenti bildirib.

Lakin maliyyələşdirmənin dayandırılması ilə bağlı təşəbbüs artıq təkcə demokratlardan gəlmir. Senatın Təxsisatlar Komitəsinin sədri Syuzan Kollinz Pentaqonun sursat ehtiyatlarının artırılmasına vəsait ayrılmasını, eyni zamanda İranda hücum xarakterli hərbi əməliyyatların maliyyələşdirilməsinin bloklanmasını nəzərdə tutan müddəalar hazırlayır.

Senatda çoxluğun lideri Con Tunun da hökumətin fəaliyyətinin davam etdirilməsini təmin edəcək istənilən varianta açıq olduğunu bildirməsi məsələni daha da aktuallaşdırıb.

Beləliklə, dekabrın 11-i İranla müharibənin maliyyələşdirilməsi baxımından əsas tarixə çevrilə bilər. Bu tarix demokratların Senatda nəzarəti ələ almasından əvvəl respublikaçıların öz mövqelərini müəyyənləşdirməli olduğu son həddir. Müharibəyə görə seçkilərdə siyasi itkilərlə üzləşən respublikaçıların maliyyələşdirməyə qarşı mövqe tutması halında Trampın prezident vetosu hərbi əməliyyatlar üçün vəsaitin ayrılmasını davam etdirməyin əsas vasitəsinə çevrilə bilər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər