Avropaya səfərlər asanlaşa bilər: XİN rəhbəri viza məsələsindən DANIŞDI
Azərbaycan Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılmasında maraqlıdır.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budrislə birgə mətbuat bəyanatı zamanı bildirib.
Nazir qeyd edib ki, Litva tərəfinin bu istiqamətdə dəstək ifadə etməsi Azərbaycan üçün mühüm mesajdır. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının Avropa ölkələri ilə müxtəlif sahələrdə əlaqələri, eləcə də işgüzar səfərləri mövcuddur. Buna görə də səfərlərin asanlaşdırılması və viza prosedurlarının sadələşdirilməsi vacibdir.
Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan bir sıra ölkələrlə viza rejiminin liberallaşdırılması və qarşılıqlı viza tələblərinin aradan qaldırılması istiqamətində siyasət həyata keçirir və bunun müsbət nəticələrini görür.
“Avropa İttifaqı ilə də eyni rejimə malik olmaq bizim üçün çox vacib, önəmli və maraqlıdır. Cənab nazirin bu istiqamətdə səsləndirdiyi mesaja görə təşəkkürümü bildirmək istəyirəm”, – deyə nazir əlavə edib.
Qiymət Mahir