İran ətrafındakı vəziyyətin sabitləşməməsi narahatlıq doğurur - Nazir
Rusiya ilə Ukrayna arasında davam edən müharibə geniş region üçün çoxsaylı risklər yaradır.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budrislə birgə mətbuat bəyanatında bildirib.
Nazir qeyd edib ki, bu müharibə ilk növbədə iki ölkənin özünə, eyni zamanda daha geniş coğrafiyaya mənfi təsirlər göstərir:
“Bununla yanaşı, Yaxın Şərqdə kifayət qədər gərgin vəziyyətin davam etməsi, İran ətrafındakı vəziyyətin tam sabitləşməməsi və mövcud risk amilləri ciddi narahatlıq doğuran məqamlardandır. müharibə və münaqişələrə son qoyulması, onların diplomatik həlli yollarının tapılması olduqca vacibdir”.
Qiymət Mahir