İxracatçılara yeni qaydalar gəlir

İxracatçılara yeni qaydalar gəlir
25.11.2026 14:20 Siyasət

Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Mərkəzi Banka tövsiyə edilib ki, xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydalarını dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Nazirlər Kabineti isə ixrac olunan malların müqabilində əldə edilən vəsaitin ixracatçıların Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi qaydalarının pozulmasına görə məsuliyyətin təkmilləşdirilməsi barədə təkliflərini həmin qaydalar qüvvəyə mindiyi tarixdən doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

TodayPress TV

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər