Gələcəyin futbol əfsanəsi? Qvardiola Yamalı fərqləndirdi

Gələcəyin futbol əfsanəsi? Qvardiola Yamalı fərqləndirdi
25.11.2026 14:36 İdman

İspaniyalı məşqçi Xosep Qvardiola “Barselona”nın gənc futbolçusu Lamin Yamalın gələcəkdə futbol tarixinin ən böyük oyunçularından birinə çevrilə biləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Touchline” nəşri “X” sosial şəbəkəsində məlumat yayıb.  

Mütəxəssis bu fikirləri Braziliya millisinin sabiq hücumçusu Romarionun hazırda çıxış edən futbolçulardan hansının tarixin ən böyük oyunçularından biri ola biləcəyi ilə bağlı sualını cavablandırarkən səsləndirib.

Qvardiola Yamalın xüsusi istedada malik olduğunu və dünyanın ən yaxşı futbolçusu olmaq istəyinin onun mühüm üstünlüklərindən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, 19 yaşlı Lamin Yamal “Barselona” akademiyasının yetirməsidir. O, 2023-cü ildən Kataloniya klubunun əsas komandasında çıxış edir. İspaniya millisinin heyətində isə futbolçu 2024-cü il Avropa çempionatının və 2026-cı il dünya çempionatının qalibi olub.

Namiq HUN

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər