Prezident Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Prezident Hikmət Çətinin ailəsinə başsağlığı verdi
25.11.2026 15:06 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Hikmət Çətin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafına, qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayacağam.

Bu ağır anlarda dərdinizə şərik çıxır, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Xatırladaq ki, noyabrın 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hikmət Çetin 89 yaşında vəfat edib.

TodayPress TV 

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər