Azərbaycanlı boksçunun finaldakı çıxışı Avropa Boks Federasiyasının icmalında

Azərbaycanlı boksçunun finaldakı çıxışı Avropa Boks Federasiyasının icmalında
25.11.2026 14:36 İdman

Avropa Boks Federasiyası Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatının finalında azərbaycanlı boksçu Bilalhəbaşi Nazarovun (50 kq) çıxışına xüsusi diqqət ayırıb.

TodayPress TV xəbər verir ki, həlledici qarşılaşmalara həsr olunan icmalda 19 yaşlı idmançının türkiyəli Tofik Akkasla döyüşün gedişatını dəyişməsi vurğulanıb.

Bildirilib ki, Nazarov ikinci raundda üstünlüyü ələ alaraq qarşılaşmanın taleyini dəyişib və hakimlərin yekdil qərarı ilə 5:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, finaldan əvvəl Türkiyə mətbuatında Akkasın çempionatdakı bütün döyüşlərini nokautla qazanaraq ölkə boksu tarixinə düşə biləcəyi barədə xəbərlər yayılmışdı.

Finaldan sonra Türkiyənin “Aydın Hedef” və “Yeni Kıroba” nəşrləri Akkasın gümüş medalını əhəmiyyətli nailiyyət kimi dəyərləndirib, eyni zamanda azərbaycanlı boksçunun yüksək səviyyəsini qeyd ediblər.

Nazarovun Poreçdə qazandığı qızıl medal onun müxtəlif yaş kateqoriyaları üzrə Avropa çempionatlarında ardıcıl üçüncü tituludur. O, daha əvvəl 2024 və 2025-ci illərdə də qitə çempionu olub.

Avropa Boks Federasiyasının rəsmi saytında Azərbaycanın kişilər arasında ən yüngül çəki dərəcəsində perspektivli boksçulara malik olduğu da vurğulanıb.

Namiq HUN

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər