Qadına və qıza hörmət milli dəyərimizdir - Əli Əhmədov
Gender əsaslı zorakılığa qarşı mübarizədə hüquqi və inzibati tədbirlərlə yanaşı, milli dəyərlərə əsaslanan maarifləndirmə və profilaktik tədbirlər də mühüm əhəmiyyət daşıyır.
TodayPress TV xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov 25 noyabr – Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə Beynəlxalq Mübarizə Günü münasibətilə keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, qadınlar və qızlar xüsusi qayğıya, köməyə və dəstəyə ehtiyacı olan, eyni zamanda buna haqqı çatan insanlardır.
Əli Əhmədovun sözlərinə görə, qadına və qıza hörmət, qayğı Azərbaycan cəmiyyətinin milli dəyərlərinin aparıcı xüsusiyyətlərindəndir. O qeyd edib ki, bu tədbir həm BMT-nin irəli sürdüyü təşəbbüsün dəstəklənməsi, həm də Azərbaycanın milli dəyərlərinin təbliği baxımından əhəmiyyətlidir.
Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, gender əsaslı zorakılığa qarşı hüquqi və inzibati mübarizə ilə yanaşı, milli dəyərlər əsasında mübarizə və profilaktik tədbirlərin həyata keçirilməsi də vacibdir.
Qiymət Mahir