Qvardiola: Ronaldu Portuqaliya millisindən başıuca ayrılmağa layiqdir
İspaniyalı məşqçi Xosep Qvardiola Kriştianu Ronaldunun Portuqaliya millisindəki gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, mütəxəssis Portuqaliya Futbol Federasiyasını və təcrübəli hücumçunu mövcud fikir ayrılıqlarını aradan qaldırmağa, futbolçunun milli komandadan layiqli şəkildə ayrılmasını təmin etməyə çağırıb.
Qvardiolanın sözlərinə görə, Ronaldunun futbol tarixindəki xidmətləri onun millidəki karyerasının fərqli şəkildə başa çatmasına əsas verir. O, portuqaliyalı futbolçunun ölkəsi və gələcək nəsillər üçün müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.
İspaniyalı çalışdırıcı hesab edir ki, Ronaldunun bütün karyerasını son bir-iki ayda yaşanan hadisələrə və ya ayrı-ayrı şəxslərlə fikir ayrılıqlarına görə qiymətləndirmək düzgün deyil.
Qvardiola bildirib ki, böyük futbolçular idmana verdikləri töhfələrə görə futboldan başıuca ayrılmağa layiqdirlər. O, Ronaldunun Romario, Lionel Messi və Paolo Maldini kimi əfsanələrlə yanaşı, gələcək nəsillər üçün nümunə olmalı olduğunu qeyd edib.
Namiq HUN