Bir vaxtlar Əsədi qoruyan İran texnikası Suriyada hərbi qənimət kimi sərgilənir

Bir vaxtlar Əsədi qoruyan İran texnikası Suriyada hərbi qənimət kimi sərgilənir
25.11.2026 13:04 Dünya

Suriyada İranın hərbi texnikası qənimət kimi nümayiş etdirildi.

TodayPress TV xəbər verir ki, Suriyanın yeni hakimiyyət orqanları Dəməşqdə İran istehsalı olan “Safir” hərbi avtomobillərini nümayiş etdiriblər. Həmin texnikanın Bəşər Əsəd rejimi ilə əlaqəli qüvvələrdən ələ keçirildiyi bildirilir.

Hərbi avtomobillərin ictimaiyyətə qənimət kimi təqdim edilməsi İranın Suriyadakı əvvəlki təsirinin itirilməsinin simvolik nümayişi kimi qiymətləndirilir.

Qeyd edək ki, İran uzun illər Bəşər Əsəd hakimiyyətinin qorunması üçün Suriyaya maliyyə, silah və canlı qüvvə göndərib. Müxtəlif hesablamalara görə, Tehranın bu məqsədlə xərclədiyi vəsait 50 milyard dolları ötüb.

Suriya İran üçün Livandakı “Hizbullah”a silah və təchizat çatdırılmasında əsas tranzit marşrutu, eləcə də Yaxın Şərqdə regional təsirinin mühüm dayağı hesab olunurdu.

Hazırda isə İranın həmin təsirini qorumaq üçün göndərdiyi hərbi texnikanın Dəməşq küçələrində qənimət kimi nümayiş etdirilməsi diqqət çəkir. Bu mənzərə İranın Suriyadakı uzunmüddətli siyasətinin nəticələrini və Tehranın regionda itirdiyi mövqeləri yenidən gündəmə gətirir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər