Bağça müəllimlərinin işə qəbulu başlayır

Bağça müəllimlərinin işə qəbulu başlayır
25.11.2026 14:54 Elm və Təhsil
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində mövcud vakant yerlərə tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir.

Bu barədə TodayPress TV-yə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, 2025-ci ildə keçirilmiş tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanında uğur qazanaraq 40 bal və daha yüksək nəticə göstərmiş namizədlər vakant yerlər üzrə 25 noyabr - 1 dekabr 2026-cı il tarixlərində BŞTİ-yə müraciət edə bilərlər.

Müraciət zamanı şəxsiyyəti təsdiq edən sənədin və təhsil haqqında sənədin surəti təqdim edilməlidir.

Namizədlər BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrindəki mövcud vakansiyalarla aşağıdakı linkə keçid edərək tanış ola bilərlər.

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər