"Domodedovo" hava limanı uçuş məhdudiyyətlərini ləğv etdi

Dünya

11.12.2025 12:20

Moskvanın Domodedovo hava limanı uçuşlara tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb.

TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, Rosaviatsiyanın məlumatına görə, gəliş və gedişlərin dayandırılması təyyarələrin təhlükəsizliyini təmin etmək məqsədi daşıyırdı. Məhdudiyyətlər saat 10:12-dən etibarən qüvvədə olub.

Qeyd olunur ki, məhdudiyyətlərlə bağlı bir neçə reys Nijni Novqorod hava limanına yönləndirilmişdi. Hadisə “Xalça” planının tətbiqi ilə əlaqələndirilir. Bu plan təhlükəli hava şəraiti, hava məkanının pozulması və ya PUA hücumu kimi risklər zamanı səmanın bütün aviaşirkətlər üçün bağlanmasını nəzərdə tutur.

Bundan əvvəl Moskvanın Vnukovo hava limanında sərnişinlərin məhdudiyyətlər səbəbindən gözləmə zalında döşəklərdə yatdığı bildirilmişdi.

Jalə Rövşən 

TodayPress TV

tag: Moskva ,Domodedovo,Hava limanı,Dron ,Todaypress.tv,